Klublarımızın ifşa olunan Avropa bəhanəsi

19 Avqust 2022 17:00 Araşdırma 1 371
Klublarımızın ifşa olunan Avropa bəhanəsi

Bu il avrokuboklar mövsümü yenə "Qarabağ" xaric digər klublarımız üçün erkən başa çatdı.

"Qəbələ" və "Zirə" elə birinci mərhələdə "stop" dedisə, "Neftçi" bir məhələ keçməyə şükür etdi.

Hər üç rəqibimizin avrokuboklarla vidalaşmasına normal yanaşdıq.

Ki, "Qəbələ" büdcəsi və heyəti özündən yüksək olan "Fehervar"a, "Zirə" zəngin avrokubok təcrübəsi olan "Makkabi"yə(Təl əvivə), "Neftçi" isə məşhur "Rapid"ə təslim oldu.

Hamı bir ağızdan dedi ki, rəqiblər güclüdür, komandalarımızı qınamayaq.

Amma bu gün görürük ki, "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Fehervar" büdcəsi özündən 4 dəfə böyük olan "Köln"ə səfər qalib gəldi - 1:2.

"Zirə"ni mübarizədən kənarlaşdıran "Makkabi" (Təl-Əviv) özündən nə az, nə çox 10 dəfə böyük büdcəsi olan "Nitsa"nı məyus yola saldı - 1:0.

İkinci liqa təmsilçisi olan və büdcəsi heç 6 mioyona çatmayan "Vaduz" "Neftçi"ni mübarizədən kənarlaşdıran, büdcəsi özündən 6 dəfə çox olan "Rapid"lə görüşdə hesabı açsa da sonda bərabərliyə üzülməli oldu - 1:1.

Bəli, nəticələr hələ ilk matçda qeydə alınıb. Cavab görüşündə hər üç klubda mübarizəni dayandıra bilər. Amma məsələ odur ki,bizim klublar üçü də bu rəqiblərə elə ilk matçda boyun əymişdi. Hamısı da rəqibin büdcəsini, heyətini əsas gətirmişdi. Amma ilk matçlar göstərdi ki, bu əsas çox yersiz və cılızdır. Uğur qazanmaq üçün bəhanə gəzmək yox, inanaraq meydana çıxmaq və döyüşmək lazımdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti