“Putin geri çəkilir, artıq belə bir şərti yoxdur” – Türkiyədən şok iddia!

18 Avqust 2022 17:30 Araşdırma 1 070
“Putin geri çəkilir, artıq belə bir şərti yoxdur” – Türkiyədən şok iddia!

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşlə bağlı mövqeyini dəyişib və üzbəüz danışıqların təşkili şərtlərini yumşaldıb.

Bu barədə CNN Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəllər Moskvanın ilkin şərti sülh danışıqları üçün yol xəritəsinin əvvəldən müəyyənləşməsi idisə, indi Kreml dövlət liderlərinin təkbətək görüşündə bu xəritənin müzakirəsinə razıdır.

“Liderlər yol xəritəsini müzakirə və müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, - rəsmi mənbə deyib.

Digər Xəbərlər
Xəbər Lenti