"Qarabağ"ı keçsələr, borclarını bağlaya biləcəklər"

17 Avqust 2022 19:50 Araşdırma 3 044
"Qarabağ"ı keçsələr, borclarını bağlaya biləcəklər"

Çexiya mətbuatı “Viktoriya” üçün Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la görüşlərinin əhəmiyyətli olmasından yazıb.

Sportinfo.az xəbər verir ki, "Česká televize" Plzen klubunun hazırda 12,2 milyon avro borcu olduğunu qabardıb və qrup mərhələsinə düşərək onların həmin borcları bağlaya biləcəyini vurğulayıb:

"Bir müddətdir ki, "Viktoriya" satışa çıxarılıb. Onun sahibi Adolf Şadek isə maliyyə problemləri yaşayır.

“Viktoriya”nı Çempionlar Liqasının qrup mərhələsinə gedən son yolda Azərbaycan sınağı gözləyir. Əgər bu alınmasa, Avropa Liqasının qrup mərhələsinə düşəcəklərinə zəmanət var.

"Viktoriya" "Qarabağ"ı keçə bilsə, tezliklə hesabında kifayət qədər vəsait olacaq və borclarını bağlaya biləcək.

Ola bilər ki, məhz buna görə Şadek futbol biznes planını saxlayaraq, onu satmaq əvəzinə kluba güclü sponsorlar cəlb edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu