
"Qarabağ" bu gün Bakıda Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Viktoriya"nı (Plzen) qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq
Beləcə, Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək.
III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferenstvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəlib - 3:1.
Azərbaycan çempionu son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.
Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.
"CBC Sport" bu gün axşam saatlarında keçiriləcək oyuna hazırlıqla bağlı videosüjet hazırlayıb: