Güclü isti olacaq: Kimlər üçün həyati təhlükə yaradır? - VİDEO

16 Avqust 2022 02:30 Araşdırma 925
Güclü isti olacaq: Kimlər üçün həyati təhlükə yaradır? - VİDEO

Ölkə ərazisində isti hava şəraiti müşahidə olunur.

Temperaturun ölkənin bəzi regionlarında 42 dərəcəyədək yüksəlməsi proqnozlaşdırırlır.

Müşahidə olunan isti hava şəraiti avqustun 20-dək davam edəcək.

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, nisbi rütubətin çox olması cənub- şərq küləyinin əsməsilə bağlıdır. Belə hava şəraiti isə bəzi insanlar üçün həyati təhlükə yaradır.

Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti terapevt Zakir Quliyev isə bildirib ki, belə hava şəraiti ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar, şəkər xəstələri, yüksək təzyiqli, hormonal disbalans olan insanalara xüsusilə pis təsir göstərəcək.

Həkim deyib ki, belə təhlükə ilə qarşılaşmamaq üçün havanın isti olduğu saatlarda günəş altında qalmaq olmaz. Daha çox maye qəbulu, açıq rəngdə geyim seçmək, eləcə də başı qoruyan geyimlərdən istifadə etmək tövsiyə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu