Müdafiə naziri hərbi sirri yayanlarla bağlı göstəriş verdi

13 Avqust 2022 12:30 Araşdırma 406
Müdafiə naziri hərbi sirri yayanlarla bağlı göstəriş verdi

Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib.

Şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.

Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!