Siyahıda 3 baş məşqçi yer aldı - Keçən mövsümün ən yaxşısi adına namizədlər

12 Avqust 2022 18:40 Araşdırma 333
Siyahıda 3 baş məşqçi yer aldı - Keçən mövsümün ən yaxşısi adına namizədlər

UEFA ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 3 mütəxəssis yer alıb.

Bunlar "Real"a rəhbərlik edən Karlo Ançelotti, onun İngiltərənin "Mançester Siti" klubundakı həmkarı Xosep Qvardiola və "Liverpul"un sükanı arxasında olan Yurgen Kloppdur.

Qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı