“Qarabağ” ikinci qolu ofsayddan vurub? - Macarlar ortalığı qarışdırmaq iştəyir

11 Avqust 2022 20:00 Araşdırma 7 004
“Qarabağ” ikinci qolu ofsayddan vurub? - Macarlar ortalığı qarışdırmaq iştəyir

“Qarabağ”ın səfərdə “Ferentsvaroş” üzərində qazandığı parlaq qələədən sonra macar həmkarlarımızın hansı qeydlər aparması maraqlıdır.

Bu məqsədlə Macarıstan mətbuatına göz gəzdirdik və...

Maraqlı yazı ilə tanış olduq.

M4sport.hu saytı matçın həlledici anı kimi İbrahima Vadjinin vurduğu qolu göstərib ki, bununla bağlı azarkeşlərə sual ünvanlanıb:

“Sizcə, “Qarabağ” ikinci qolu qaydalar çərçivəsində vurmuşdu?

Macar hamkarımız təmsilçimizin rəqib qapısına vurduğu qoldan əvvəl oyundankənar vəziyyətin olduğunu iddia edərək, hakimlərin ciddi səhvə yol verdiyini yazıb.

İddianı isə bu cür əsaslandırıb:

“54-cü dəqiqədə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev mövqeyini tərk edərək topa Adama Traoredən tez çatıb onu irəli vurur. Həmin an Veçseylə Kadi top uğrunda hava mübarizəsinə yüksəlir və top onların heç birinə dəymədən Vadjiyə gəlir ki, “Qarabağ”ın hücumçusu topu başla Kadiyə ötürür.

Daha sonra nə baş verdiyi məlumdur. Kadi topla irəlilədikdən sonra Telanderi keçərək qapı qarşısına ötürmə verir və Vadji tək toxunuşla komandasının ikinci qolunu vurur.

Hakimlərin həmin epizodda nə gördüyünü, VAR otağında müzakirə edib-etmədiyini bilmirik. Amma Şahruddin topu irəli vurarkən Vadjinin oyundankənar vəziyyətdə olduğu, topun Kadi ilə Vesçeyin başından getmədiyi aydın görünür. Bu isə oyundankənar vəziyyət deməkdir.

“Qarabağ” cavab oyununda açıq-aşkar baxımlı və səmərəli futbol oynayıb istədiyi qələbəyə nail oldu. Bu sual isə düşünməyə vadar edir: VAR otağındakı hakimlər ikinci qol zamanı öz işlərini dəqiq yerinə yetirsəydilər, yekun nəticə necə olardı?”

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?