Debütantın Runi ilə anlaşma məbləği

11 Avqust 2022 17:40 Araşdırma 921
Debütantın Runi ilə anlaşma məbləği

"Turan Tovuz" 2 gün öncə heyətini yeni legionerlə gücləndirib.

Bölgə təmsilçisi kamerunlu hücumçu Runi Evanı “rənglərinə bağlayıb”.

26 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Karyerasına vətənində "Apeje"də başlayan Eva Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq, Yunanıstan təmsilçisi “Apollon”da (Pontu) çıxış edib.

Afrikalı legioner Premyer Liqanın debütantına 4000 dollara başa gəlib. Azərbaycanda çıxış edəcəyi hər ay bu qədər əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?