Ermənistana gedən 3 azərbaycanlı KİMDİR? – Onlardan biri…

11 Avqust 2022 13:40 Araşdırma 4 470
Ermənistana gedən 3 azərbaycanlı KİMDİR? – Onlardan biri…

Ermənistan Milli Statistika Komitəsi bildirib ki, 2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Onlardan 3-nün azərbaycanlı olduğu açıqlanıb.

Bu il Ermənistana səfər edən azərbaycanlılar kimlərdir?

2022-ci ilin fevral ayında Azərbaycan Milli Məclisinin deputatları Ermənistanın paytaxtı İrəvana səfər ediblər.

Həmin deputatlar Tahir Mirkişili və Soltan Məmmədovdur. Onlar İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak ediblər.

AVRONEST Parlament Assambleyası bürosunun və komitələrinin iclası 19-22 fevral tarixlərində İrəvanda keçirilib.

Deputatlar, səfər zamanı İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsi Göy məscidi də ziyarət ediblər.

Ermənistana səfər edən üçüncü azərbaycanlı isə ehtimal olunur ki, Ukrayna millisində çıxış edən boksçu Elmir Nəbiyevdir.

Azərbaycanlı idmançı Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında erməni rəqibini məğlub edib. Belə ki, Elmir Nəbiyev 54 kq çəki dərəcəsində Ermənistan idmançısını 3:2 hesabı ilə üstələyib.

Yarış cari ilin may ayında baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti