Qarabağda daha bir yenilik: 3D xəritəsi hazırlanır - VİDEO

10 Avqust 2022 14:30 Araşdırma 422
Qarabağda daha bir yenilik: 3D xəritəsi hazırlanır - VİDEO

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

Yenilənmə və 3D xəritənin hazırlanması işində “LİDAR” cihazından istifadə olunur.

Yaxın gələcəkdə onlayn xəritələrdə şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adları Azərbaycan dilində göstəriləcək.

3D xəritəni “4MAPS Bilgi Teknolojileri” MMC hazırlayır. “MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!