“Neftçi”, “Qarabağ” və “Sabah”ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır"

7 Avqust 2022 16:20 Araşdırma 824
“Neftçi”, “Qarabağ” və  “Sabah”ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır"

"Hər iki komandanın daha da irəli getmək şansları kifayət qədər yüksəkdir.

Çünki pley-off mərhələsindəki rəqiblər o qədər də güclü deyil".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Belarusdan olan mütəxəssis hər iki kollektivin pley-offa adlamağa iddialı olduğunu bildirib:

"Qarabağ" hər il çempion olur, komanda Qurban Qurbanov başçılığı altında yüksək səviyyədə oyun sərgiləyir və daim avrokubokların qrup mərhələsində çıxış edir. "Ferentsvaroş" da yaxşı komandadır".

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan çempionatlarının səviyyəsini müqayisə etmək çətindir:

"Macarıstan klublarının çox yaxşı infrastrukturu var. Azərbaycanın da yaxşı stadionları, qəşəng meydançaları var.

“Neftçi”, “Qarabağ” və Murad Musayevin işlədiyi “Sabah”ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır. Azərbaycan Premyer Liqasını Rusiya çempionatı ilə də müqayisə etməyəcəyəm.

Tula “Arsenal”ının “Neftçi” ilə oyunlarını xatırlaya bilərik. Yuri Syomin Azərbaycanda çalışıb, uğur qazanıb, başqa məşqçilər də bura gəlib. Ona görə də onlar burada çalışmaqda maraqlıdırlar".

"Qarabağ" Bakıdakı ilk oyunda "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti