Son 10 ildə bunu bacaran ilk futbolçu oldu

7 Avqust 2022 00:20 Araşdırma 546
Son 10 ildə bunu bacaran ilk futbolçu oldu

“Bavariya"nın yeni transferi Sadio Mane Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda “Ayntraxt”ın qapısına qol vurmaqla, Münhen klubunda rekordu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu son 10 ildə klubun ilk iki rəsmi matçında qol vuran birinci futbolçudur.

Mane bundan əvvəl Almaniya superkubokunda “Leyptsiq”lə matçda (5:3) da fərqlənmişdi.

Ondan əvvəl münhenlilərin heyətində ilk iki matçda qol vuran sonuncu futbolçu Mario Mancukiç olub. Xorvatiyalı forvard 2012-ci ildə “Bavariya"nın heyətində ilk 4 qarşılaşmada qol vurmağı bacarıb.

“Bavariya" “Ayntraxt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"