Əliyevin mesajı: Putinlə razılaşdırılıb - Nikola aid deyil

6 Avqust 2022 15:50 Araşdırma 1 022
Əliyevin mesajı: Putinlə razılaşdırılıb - Nikola aid deyil

Əliyev Şarl Mişellə telefon söhbətində iki məqamı xüsusi vurğuladı.

Birincisi, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır: bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” adı ilə fəaliyyət göstərən terror qruplarının da tərkisilah edilməsi tələbindən çıxış etdiyi deməkdir;

İkincisi, Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır: Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisinə dair heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır; Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb və bu məsələdə Ermənistana heç bir pay düşmür; Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır (axar.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"