FİFA AFFA-ya yarım milyon dollara yaxın pul ödədi

6 Avqust 2022 01:10 Araşdırma 852
FİFA AFFA-ya yarım milyon dollara yaxın pul ödədi

FIFA-nın Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

Sportinfo.az ali futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə AFFA-ya FIFA Forward Layihəsindən ümumilikdə 497 173 ABŞ dolları ödəniş edilib.

Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. Bu, videotəkrar sistemindən eyni vaxtda dörd matçda istifadə etməyə imkan verəcək.

Azərbaycan futbolunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”