CAS "Qarabağ"ın sabiq mətbuat katibi ilə bağlı qərarı yenə təxirə saldı

5 Avqust 2022 17:20 Araşdırma 358
CAS "Qarabağ"ın sabiq mətbuat katibi ilə bağlı qərarı yenə təxirə saldı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Sportinfo.az xəbər verir ki, bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb.

O, CAS-ın müraciət üzrə cavabı sentyabrın 11-dək uzatdığını bildirib.

44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib.

İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti