"Qarabağ"ın 1:1-i Azərbaycana daha nə verdi?

4 Avqust 2022 22:40 Araşdırma 2 028
"Qarabağ"ın 1:1-i Azərbaycana daha nə verdi?

Azərbaycan reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Ferentsvaroş" ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Macaırstan isə "Ferentsvaroş"un Bakıdakı heç-heçəsinin hesabına 16,375 xalla 1 pillə irəliləyərək, 25-ci sıraya yüksəlib.

Əvəzində isə Slovakiya (16,250) 26-cı pilləyə geriləyib. Hələlik reytinq cədvəlindəki yeganə dəyişiklik bu ölkələrin yerdəyişməsi ilə bağlıdır.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi "Neftçi" III təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın "Rapid" (Vyana) klubu olacaq.

"Ferentsvaroş" və "Qarabağ" arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!