“Qarabağ”ın qazancı artıq 6 milyon manata yaxındır

3 Avqust 2022 17:10 Araşdırma 1 043
“Qarabağ”ın qazancı artıq 6 milyon manata yaxındır

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası bununla da UEFA Konfrans Liqasının qrup mərhələsində oynamağı təmin edib.

Bu isə ağdamlılara 2,9 milyon avro qazandırıb.

Həmçinin, komandamız 3-cü mərhələyə keçdiyinə görə 480 min avro əldə edib. Bununla da komanda ümumilikdə 3 milyon 380 min avro (5 milyon 863 min manat) qazanıb.

Bundan başqa “Qarabağ” Avropa Liqasının pley-off mərhələsini təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"