Onların pulunu “balta kəsmir“ - “Qarabağ”ın 40 milyonluq rəqibləri...

3 Avqust 2022 13:30 Araşdırma 1 159
Onların pulunu “balta kəsmir“ - “Qarabağ”ın 40 milyonluq rəqibləri...

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ” tarix yazmağa davam edir.

Sportinfo.az xəbər verir ki, növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən Qurban Qurbanovun komandası addım-addım məqsədinə doğru irəliləyir.

Artıq iki mərhələ keçən ağdamlılar güclü rəqibləri mübarizədən kənarlaşdırmağı bacarıb. “Qarabağ”ın keçdiyi hər iki rəqib daha yaxşı maddi imkanlara sahib komanda olub.

İlk təsnifat mərhələsində rəqibimiz olan Polşanın “Lex” klubu Avropada ölkəsinin adlı-sanlı təmsilçilərindəndir. Məşhur “Transfermarket” saytına görə, polşalıların ümumi dəyəri 32 milyon avrodan yuxarıdır. O, ölkəsində də bu göstəricidə ən üstün komanda sayılır.

Qurban Qurbanovun komandasının ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Sürix” klubunun dəyəri isə daha yüksəkdir. Paytaxt təmsilçisinin dəyəri 42 milyon avronun üzərindədir.

“Qarabağ”ın növbəti mərhələdə rəqibi olan Macarıstan “Ferençvaroş”u da “Sürix”lə eynidir. Budapeştlilərin dəyəri 42 milyon 450 min avrodur.

Azərbaycan təmsilçisinin dəyəri isə son 2 rəqibdən nə az, nə çox düz 3 dəfə azdır. “Transfermarket”in hesablamasına görə “Qarabağ”ın ümumi dəyəri 14 milyon 100 min avrodur.

Bütün bunlara baxmayaraq “Qarabağ” “Lex” və “Sürix” səddini keçməyi bacardı. Qarşıda isə daha çətin “Ferençvaroş” klubu var.

Digər Xəbərlər
Xəbər Lenti