Çerçesovun azərbaycanlı məşqçidən aldığı AĞIR YARA – Növbə Qurban Qurbanovdadır!

2 Avqust 2022 19:00 Araşdırma 1 531
Çerçesovun azərbaycanlı məşqçidən aldığı AĞIR YARA – Növbə Qurban Qurbanovdadır!

“Qarabağ” – “Ferenetsvaroş” qarşılaşmasından öncə diqqətlər meydanda mübarizə aparacaq futbolçulara yox, komandaların baş məşqçilərinə yönəlib.

Postsovet məkanın tanınmış iki çalışdırıcısının – Qurban Qurbanovla Stanislav Çerçesovun duelindən kimin qalib ayrılacağı maraqla gözlənilir.

Lakin bu, rusiyalı mütəxəssisin azərbaycanlı həmkarı ilə ilk qarşılaşması kimi tarixə düşməyəcək.

Çünki Stanislav Salamoviç buna qədər də azərbaycanlı məşqçi və Azərbaycan komandası ilə üzləşib ki, meydanı üzüsulu tərk etmək məcburiyyətində qalıb.

Həmin hadisə düz 10 ilin əvvələ, 2012-ci ilin yanvarına təsadüf edir.

Çeçenistanın ilk prezidenti Axmat Kadırovun xatirəsinə Antalyada təşkil olunmuş beynəlxalq turnirdə müxtəlif komandalarla yanaşı “Neftçi” də iştirak edirdi.

“Ağ-qaralar”ın çalışdırıcısı rəhmətlik Böyükağa Hacıyev idi. Çerçesov isə “Terek”i çalışdırırdı.

Qrupda “Metallist”ə (Xarkov) məğlub olub (0:3), “Polonya”nı udan (3:1) təmsilçimiz 2-ci yerin sahibi kimi 3-cü yer uğrunda mübarizəyə qoşulmuşdu. “Bürünc” uğrunda oyunda bizimkilərin rəqibi “Terek” olmuşdu.

Meydanda rəqibindən üstün futbol sərgiləyən bakılılar Cavid İmamverdiyev, Slavço Georgiyevski və Cavid Hüseynovun qolları sayəsində Çerçesovun “Terek”ini darmadağın edərək turnirin bürünc medallarına yiyələnmişdi.

İnanaq və ümid edək ki, Rusiya millisindəki işi ilə tanınan 58 yaşlı məşqçi növbəti ağır zərbəni Qurban Qurbanovdan alacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti