Azərbaycanın ən prestijli klubu Avropada onilliyin “Top-100”ündə

1 Avqust 2022 09:00 Araşdırma 927
Azərbaycanın ən prestijli klubu Avropada onilliyin “Top-100”ündə

Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.

Bu, "Qarabağ”dır. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.

“Qarabağ” tanınmış klublardan “Fənərbağça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.

Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.

Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-ci, “Fənərbağça” 74-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti