Azərbaycanlı legionerin qayıdış pulu – Bu məbləği alacaq

31 İyul 2022 17:40 Araşdırma 1 468
Azərbaycanlı legionerin qayıdış pulu – Bu məbləği alacaq

Bilindiyi kimi, yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Kəpəz" növbəti transferini həyata keçirib.

Gəncə təmsilçisi Fərid Nəbiyevi heyətində cəlb edib.

"Sarı-göylər" 23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçmiş üzvü 2020-2022-ci illərdə "Viktoriya"da (Jijkov) çıxış edib.

O, daha əvvəl Çexiyada “Slaviya”nın gənclər komandasında forma geyinib (2018-2020).

Dörd illik ayrılıqdan sonra Azərbaycana dönən Fəridin "Kəpəz"də qazancı da məlum olub. Premyer Liqanın köhnə-yeni iştirakçısı ona hər ay 5000 manat əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti