"Müşahidəçimiz "Qarabağ"ı təhlil etməyə kömək göstərəcək" - Stanislav Çerçesov

29 İyul 2022 09:00 Araşdırma 852
"Müşahidəçimiz "Qarabağ"ı təhlil etməyə kömək göstərəcək" - Stanislav Çerçesov

"Müşahidəçilərimizdən biri İsveçrədə "Qarabağ"ın oyununda idi. O, rəqibi təhlil etməyə kömək göstərəcək".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqqında danışarkən deyib.

59 yaşlı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib.

Rusiyalı baş məşqçi liqadakı ilk matçda yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti