"Qarabağ"ın futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
Sportinfo.az xəbər verir ki, buna 33 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Sürix"ə qarşı keçirdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında sarı vərəqə görməsi səbəb olub.
Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Almeyda növbəti avrokubok oyununu buraxmalı olacaq.

