Azərbaycanlılar Sürixə axın edir – “Qarabağ”a dəstək üçün

27 İyul 2022 17:40 Araşdırma 1 040
Azərbaycanlılar Sürixə axın edir – “Qarabağ”a dəstək üçün

“Qarabağ”ın Bakıdakı oyunda üstün futbolla “Sürix”i 3:2 hesabı ilə məğlub etməsi Avropadakı azərbaycanlıları xeyli ümidləndirib.

Odur ki, axşamkı qarşılaşmada stadionda Azərbaycan çempionunu dəstəkləmək istəyənlərin sayı kifayət qədərdir.

Sportinfo.az Sürixdən oyunla bağlı son dəqiqə xəbəri alıb. Belə ki, “Sürix” – “Qarabağ” görüşünü “Letsiqrund” stadionunda 150-200 civarında azərbaycanlı izləyəcək.

Hazırda Sürixdə, xüsusən də arenanın yaxınlığında xeyli sayda soydaşımızı görmək mümkündür.

Azərbaycanın Avropadakı qürurunu sözügedən arenada dəstəkləmək üçün təkcə İsveçrədə yox, həmçinin qonşu İtaliya, Fransa, Almaniya və Avstriyada yaşayan azərbaycanlılar da bunun üçün Sürixə gəlib.

Azərbaycanlı fanatlar üçün biletlər saatyarım aralığında satılacaq. Bakı vaxtı ilə saat 19:00-dan 20:30-a qədər bilet satışı təmin olunacaq ki, bir biletin qiyməti 25 frankdır (təxminən 45 manat).

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Sürix” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti