Media Reyestrinin aparılması ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edildi - VİDEO

23 İyun 12:30 Araşdırma 129
Media Reyestrinin aparılması ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edildi - VİDEO

“Media haqqında” qanunda Azərbaycanda Media Reyestri yaradılması da öz əksini tapıb.

Jurnalistlərin könüllü əsasla düşəcəyi reyestr sisteminin yaradılması isə Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub.

Sportinfo.az İTV-yə istinadən xəbər verir ki, MEDİA-nın şöbə müdiri Səidə Şəfiyeva bu istiqamətdə görüləcək işlərlə bağlı danışıb.

O bildirib ki, fərmandan irəli gələrək Nazirlər Kabineti 2022-ci ilin 24 fevral tarixində sərəncam imzalayıb:

“Həmin sərəncamla Medianın İnkişaf Agentliyinə Media Reyestri yaradılması qaydalarının aparılması qaydalarının layihəsini, həm də jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsi formasının hazırlanması ilə bağlı tapşırıq verilib.

Müvafiq tapşırıq qurum tərəfindən icra olunub və qeyd olunan layihələr aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib”.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?