
"Məncə, dünyanın ən yaxşısı Lionel Messidir".
Sportinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan yığmasının yarımmüdafiəçisi Filip Ozobiçə məxsusdur.
O, dünyanın və Xorvatiyanın ən yaxşı futbolçunu açıqlayıb:
"İl ərzində məhsuldarlığı və nəticələri baxımından Robert Levandovski bir nömrədir. Xorvatiyanın ən yaxşı futbolçusu isə yenə Luka Modriçdir.
Düzdür, Mateo Kovaçiç ötən il "Çelsi"nin heyətində yaxşı oynadı. Lakin mənim üçün Modriç oynadığı müddətdə bir nömrəlidir.
Adama elə gəlir ki, o, meydanda ümumiyyətlə mübarizə aparmır".