Bir şəkildə gizlənən rəzalət – Biədəb sentyabrın FOTOsu

22 Sentyabr 2021 19:00 Araşdırma 1 553
Bir şəkildə gizlənən rəzalət – Biədəb sentyabrın FOTOsu

Sentyabr ayını azərbaycanlı futbolsevərlər üçün məhsuldar adlandıra bilərik.

Çempionatın ən səs-küylü qarşılaşması sayılan “Neftçi” – “Qarabağ” qarşılaşması baş tutdu, elə həmin “Qarabağ” Konfrans Liqasının qrupunda “Bazel”lə möhtəşəm oyunla yadda qaldı,

Premyer Liqada əsən “Qəbələ” fırtınası” da öz yerində.

Bu ay millilər də beynəlxalq yarışlarda rəqibləri ilə sınaq qarşısındaydı. Əsas milli, U-21 və qadınların milli komandası.

3 oyun lap böyüklərin payına düşdü, digər 2-si hərəsinə 2 matç keçirməklə kifayətləndilər. Ümumilikdə 7 rəsmi görüş. AFFA-nın rəsmi saytındakı “keşmiş oyunlar” bölməsində adamın “gözünə girən” sentyabr nəticələrində cəmi 1 heç-heçə müəyyən mənada ürək açır. Əsas millinin İrlandiya ilə 1:1 oynadığı oyun.

Digər 6 qarşılaşmada Canni de Byazinin yetirmələri Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub. Milan Obradoviçin rəhbərlik etdiyi “21-lər” Xorvatiyadan 2, Avstriyadan 6 cavabsız top buraxıb. Qızların durumu lap biədəbdir – Rusiya 2-sini, Danimarka 8-ni vurub.

Deməli, yığmalar sentyabrda keçirdiyi 7 oyunun 6-da uduzub, yalnız 1 halda heç-heçə qeydə alınıb. 21 mümkün xaldan cəmi 1 xal. 630 dəqiqə ərzində rəqib qapılarına cəmi 2 qol vurduğumuz halda, onlar bizimkilərin “toru”nu 24 dəfə silkələyiblər.

Sözün hər mənasında AFFA-nın nəzarətində olan millilərin hazırkı durumunu statistik rəqəmlər göstərir. İlin sonunda hesabatda hansı rəqəmlər yazılacaq, hansı “uğurları” qabardacaqlar – birlikdə görəcəyik. O vaxta qədərsə aşağıdakı şəklə birlikdə baxaq. Ümid edək ki, foto bizimlə yanaşı, Respublikanın əsas söz sahiblərindən kim(lər)insə də diqqətini çəkər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti