Araik və Balasanyan həbs olunub, Bakıya göndəriləcək?

19 May 2021 02:38 Araşdırma 1 057
Araik və Balasanyan həbs olunub, Bakıya göndəriləcək?

"Düşünürəm ki, Xankəndindəki erməni millətçilərinin separatçı rejiminin qalıqlarının başında ən azı çox adekvat insanlar var və o insanlar yaranmış vəziyyətin real qiymətləndirilməsini apara biləcək şəxslərdir".

Sportinfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, Araik Arutyunyan və Vitali Balasanyanın Moskvanın əmrlərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur:

"Böyük şərab istehsalçısı Araik Arutyunyan və Ermənistan ordusunda general rütbəsinə yüksəlmiş Vitali Balasanyan hələ də əksər soydaşlarından intellektual cəhətdən daha savadlıdırlar. Ona görə də, bugünkü real vəziyyəti düzgün qiymətləndirə bilirlər.

Hazırda Xankəndindəki ermənilər çox depressiv şəraitdə yaşayırlar. Hazırda o bölgədə yaşayan ermənilərin sosial durumu çökmə ərəfəsindədir. Qarabağda hələ də qalan separatçı rejimin qalıqları özünün iqtisadi durumunu qarşılamağa qadir deyil və hətta öz təhlükəsizliyini təmin etməyi bacarmır. Ümumiyyətlə, Xankəndində, Xocalıda yaşayan ermənilər Rusiya Federasiyasından göndərilən humanitar yardımdan asılıdırlar. Ona görə də separatçı rejimin qalıqları düşünürlər ki, bundan sonra nə edə bilərlər, hazırki vəziyyətdə gələcəklərini necə dəyişə bilərlər.

Aydındır ki, Rusiya sülhməramlılarına Moskvadan verilən təlimatlar əsasında separatçı rejimə təzyiqlər göstərilir. Ermənilər başa düşməlidirlər ki, sülhməramlılarla dalaşmaq, onlara qarşı çıxmaq olmaz, sülhməramlıların bütün tələblərini yerinə yetirmək lazımdır. Çünki Araik Arutyunyan və Vitali Balasanyan anlamalıdırlar ki, sülhməramlıların komandanına qarşı çıxarlarsa, aralarında qarşıdurma baş verərsə, onların Qarabağda azad günlərinə sayılı saatlar qalacaq. Onlar hətta həbs oluna bilər, hətta İrəvana aparmadan birbaşa Bakıya təhvil verilə bilərlər. Bu şəxslər Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfiindən İnterpol vasitəsi ilə elan olunaraq beynəlxalq axtarışa veriliblər. Ona görə də, onlar rahatlıqla Bakıya təhvil verilə bilərlər. Bunun üçün də Araik və Balasanyan məcburdur ki, Rusiya sülhməramlı kontingentinin verdiyi bütün təlimatları, tapşırıqları yerinə yetirsinlər. Bu təlimatlara əməl etməsələr ağır nəticələri ilə üz-üzə qalacaqlar.

Ermənistan silahlılarının və hərbi texnikasının Xankəndindən çıxarılma səbəbləri də mənim üçün aydındır. Lakin nəzərə alaq ki, erməni silahlılarının və texnikasının Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etdikləri barədə deyilənlər hələ təsdiqini tapmayıb. Hətta bu kadrlar reallığı əks etdirsə də, erməni sepratçıları, silahlıları o yoldan keçərək sülhməramlıların nəzarətində olan ərazini tərk edərək Ermənistana qayıdıblarsa, bu o deməkdir ki, Ermənistanda hazırda hərbi texnika və şəxsi heyət çatışmazlığı var və daxildəki vəziyyəti tənzimləmək üçün oradakı balansı düzəltməyə çalışırlar.

Rəsmi İrəvan 10 noyabr və 11 yanvar tarixlərində imzalanan üçtərəfli bəyanatların icrasını həyata keçirməyənə qədər Rusiya Ermənistanı nə indi, nə də yaxın gələcəkdə silahlandıracaq. Ermənistan hazırda Qarabağdan hərbi texnikasını və canlı qüvvəsini geri çəkməyə məcburdur. Ermənilərin Xankəndindən və sülhməramlı kontingentin nəzarətində olan digər ərazilərdən canlı qüvvəsini və texnikasını geri çəkməsini müsbət hal kimi qarşılamaq lazımdır. Bu, onu göstərir ki, ən azından o insanlar üçtərəfli həmin bəyanatların tələblərini yerinə yetirməyə çalışırlar. Hətta bu, onun sübutudur ki, Araik Arutyunyan və Vitali Balasanyan öz "kreslolarından" bərk yapışsınlar. Çünki onların bu həyatda başqa sığınacaq yerləri yoxdur. Ona görə də bu insanlar Moskvadan sülhməramlılara verilmiş hər hansı bir tələbi yerinə yetirəcəklər və bu tələblər İrəvandan yox, sırf Moskvadan gələcək".

Digər Xəbərlər
Xəbər Lenti