Azərbaycan futbolunun gələcəyi ilə bağlı YENİ XƏBƏR

6 May 2021 19:00 Araşdırma 2 792
Azərbaycan futbolunun gələcəyi ilə bağlı YENİ XƏBƏR

Məlum olduğu kimi, AFFA Azərbaycan Kubokunun final oyununa azarkeşlərin buraxılması xahişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev müraciətdə azarkeş sayı ilə bağlı konkret rəqəm göstərmədiklərini bildirib:

"Say deməmişik. Yazmışıq ki, nə qədər mümkündürsə, o qədər tamaşaçının buraxılması üçün imkan daxilində kömək edin. Müsbət cavab gələcəyini gözləyirik".

Mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan Kubokunun final oyununda "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək.

Redaksiyamıza daxil olan məlumata görə, bu qarşılaşma azarkeşlərin istirakı ilə keçiriləcək. AFFA artıq şifahi razılıq alıb və qərarın önümüzdəki günlərdə açıqlanması gözlənilir.

Hələlik bir sual açıq qalıb: arenaya nə qədər fanat buraxılsın? Masazırda yerləşən stadionun tutumu 13000 nəfərdir. Böyük ehtimalla, idman qurğusu 5000-5500 futbolsevəri öz qoynuna alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"