Ermənistanın müharibədəki itkiləri barədə YENİ İDDİA

14 Aprel 2021 09:30 Araşdırma 859
Ermənistanın müharibədəki itkiləri barədə YENİ İDDİA

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Yerevan Speaks” “Telegram” kanalı məlumat yayıb.

Kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 nəfər itkin, 500 nəfər isə əsir düşüb.

Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti