“Nikol Paşinyan o qədər axmaq qərarlar verdi ki...” - Erməni general

1 Mart 2021 02:52 Araşdırma 3 357
“Nikol Paşinyan o qədər axmaq qərarlar verdi ki...” - Erməni general

"Nikol Paşinyan o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi."

Sportinfo.az xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olmuş general-polkovnik Movses Akopyan deyib.

“Mənə elə gəlir ki, bu ölkədə hakimiyyət dəyişikliyi olmayıb. Çünki mövcud hökumət sanki ölkənin idarəçisi, lideri deyil, müxalifət kimi danışır.

Dövlət başçısının sözləri şübhə doğurmamalıdır. Ölkə rəhbərinin çıxışı dərc olunmadan əvvəl min dəfə yoxlanılmalıdır. Nikol o qədər axmaq əmrlər verdi ki, ordunun səbri tükəndi",- deyə erməni general bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?