"38 yaşına qədər oynamağı düşünənlərdən deyiləm"

6 Fevral 2020 17:42 Almaniya 1 138
"38 yaşına qədər oynamağı düşünənlərdən deyiləm"

“Real"ın ulduzu Toni Kroos gələcək karyerası barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu hələ bir müddət oynamağa davam edəcəyini bildirib:

“Mənim “Real"la 2023-cü ilə qədər müqaviləm var. O zaman mənim 33 yaşım olacaq. Gələcək karyeram barədə düşünməyə vaxtım olacaq.

Ancaq onu deyim ki, 38 yaşına qədər oynamağı düşünənlərdən deyiləm. Karyeramın sonuna az qaldığının fərqindəyəm”.

Toni Kroos 2014-cü ildən Madrid təmsilçisində çıxış edir. O, bu müddətdə “kral klubu” ilə 4 dəfə Çempionlar Liqasını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"