“Bundan sonra deyə bilərik ki, artıq birinci dərəcəli millilərdən deyilik”

21:40 Almaniya 88
“Bundan sonra deyə bilərik ki, artıq birinci dərəcəli millilərdən deyilik”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-da komandasının uğursuz çıxışını şərh edib.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, Paraqvay yığmasına 1/16 final mərhələsində məğlub olaraq mundialla vidalaşan bundestimin çalışdırıcısı nəticənin qəbuledilməz olduğunu bildirib:

“1/16 finalda mübarizəni dayandırmaq bizim üçün yolverilməz nəticədir. Almaniya millisi ardıcıl üçüncü dəfə dünya çempionatında erkən mərhələdə mübarizəni dayandırır.

Bundan sonra deyə bilərik ki, artıq birinci dərəcəli millilərdən biri deyilik. Hamı çox məyusdur”.

Almaniya – Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Cənubi Amerika təmsilçisi 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti