“Onun bunu istəyəcəyinə əmin deyiləm, çünki bəzi şeyləri gizli saxlaya bilər”

00:20 Almaniya 85
“Onun bunu istəyəcəyinə əmin deyiləm, çünki bəzi şeyləri gizli saxlaya bilər”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann həmkarı Hans-Diter Flikin “Barselona”dakı fəaliyyəti barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Almaniyada Yurgen Klopp və Flik kimi bir çox əla məşqçi var. Düşünürəm ki, “Barselona” Flikin rəhbərliyi altında düzgün istiqamətdə inkişaf edir.

O, Çempionlar Liqasında bir az bəxtsiz idi: qırmızı vərəqə aldılar və bundan sonra növbəti mərhələyə keçmək daha çətin oldu. Amma onlar yenidən La Liqanı qazandılar və çox güclü mövsüm keçirdilər.

Taktiki detallardan danışmağa gəldikdə isə, Flikin bunu istəyəcəyinə əmin deyiləm, çünki bəzi şeyləri gizli saxlaya bilər”.

Flik 2024-cü ilin yayından “Barselona”da çalışır. Onun rəhbərliyi altında komanda iki dəfə La Liqanı qazansa da, Çempionlar Liqasında uğur əldə edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO