Avropanın bir sıra top-klubları maraqlıdır – İspaniyalı müdafiəçi

00:10 Almaniya 62
Avropanın bir sıra top-klubları maraqlıdır – İspaniyalı müdafiəçi

Leverkuzen “Bayer”i müdafiəçisi Alexandro Qrimaldo ilə yollarını ayıra bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub artıq ispaniyalı futbolçu üçün qiymət müəyyənləşdirib.

Qrimaldonun müqaviləsinin müddəti gələn yay başa çatacağı üçün Leverkuzen təmsilçisi onu bu transfer dönəmində satmağa hazırdır.

30 yaşlı futbolçunun xidmətində Avropanın bir sıra top-klubları maraqlıdır. Onların arasında “Çelsi”, “Barselona”, “Atletiko” və “Yuventus” kimi klublar da yer alır.

Qrimaldo ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib.

O, “Barselona” akademiyasının yetirməsidir, ancaq 2016-cı ildə əsas komandada debüt etmədən klubdan ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!
12 İyun 01:50 "Qarabağ"dan 3 XƏBƏR