“Çox şey bacarır, amma o, bir neçə rəqibi keçən tip oyunçu deyil”

31 May 20:25 Almaniya 1 105
“Çox şey bacarır, amma o, bir neçə rəqibi keçən tip oyunçu deyil”

“Vankuver”in (Kanada) hücumçusu Tomas Müller keçmiş klubu “Bayern”lə bağlı açıqlama verib.

Almaniyalı futbolçu “qızıl top” müzakirələrində keçmiş komanda yoldaşları Harri Keyn və Maykl Olise arasında seçim edib və fransalı vingerə üstünlük verdiyini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Müller, Keynin effektivliyini yüksək qiymətləndirərək onu “ən yaxşı hücumçu” adlandırsa da, “qızıl top” üçün başqa kriteriyaların önəmli olduğunu vurğulayıb:

“Keyn çox şey bacarır, amma o, driblinqlə bir neçə rəqibi keçən tip oyunçu deyil.

“Qızıl top”da isə “artistlik” elementi nəzərə alınır. Bu baxımdan Olise daha uyğundur”.

Onun sözlərinə görə, Olise həm yaradıcı oyun tərzi, həm də effektivliyi ilə seçilir və komandanın oyununa ciddi təsir göstərən futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM