“Leyptsiq”in hücumçusu Yan Diomande Avropanın iki top-klubunun diqqət mərkəzinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ və “Liverpul” yay transfer dönəmində Fil Dişi Sahilindən olan forvardı heyətinə qatmaq istəyir.
Bildirilir ki, hər iki klub artıq 19 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Bununla yanaşı, “Leyptsiq” də oyunçusuna yeni müqavilə təklif edib və anlaşmaya sərbəstqalma maddəsi də əlavə etməyi planlaşdırır.
“Liverpul” həmçinin, PSJ-nin vingeri Bredli Barkolanı da transfer siyahısına daxil edib.
Diomande 2025/26 mövsümündə Bundesliqada keçirdiyi 33 oyunda 12 qol vuraraq, “Leyptsiq”in ikinci ən məhsuldar futbolçusu olub.

