“Biz xarici investorlardan asılı deyilik” - Məşhur klubun prezidenti

00:10 Almaniya 102
“Biz xarici investorlardan asılı deyilik” - Məşhur klubun prezidenti

“Bayern”in prezidenti Herbert Hayner maraqlı açıqlama ilə diqqət çəkib.

Klub rəhbəri bildirib ki, “Real”ın nümayəndələri maliyyə və idarəetmə modeli baxımından məhz “Bayern”i örnək aldıqlarını etiraf ediblər.

Sportinfo.az xəbər verir ki, Hayner “Sport Bild” nəşrinə açıqlamasında əsas prioritetlərinin həmişə çempionluq olduğunu deyib:

“Çempionluq həmişə əsas prioritetimiz olub. Əlbəttə, “qızıl dubl” mövsüm üçün mükəmməl sonluq olardı.

Biz futbolumuzla insanları valeh edirik. “Real” və PSJ ilə oyunlarda bütün dünyadan, hətta adətən “Bayern”ə azarkeşlik etməyən insanlardan belə, böyük rəğbət gördük.

Klubumuz hazırda əla vəziyyətdədir və beynəlxalq standartları müəyyənləşdirir.

Çempionlar Liqası matçından əvvəl Münhendə birlikdə nahar etdiyimiz zaman “Real”ın nümayəndələri dedilər ki, özlərinə nümunə götürdükləri yeganə klub “Bayern”dir. Biz xarici investorlardan asılı deyilik”.

“Bayern” bu mövsüm artıq Bundesliqa çempionluğunu təmin edib. Münhen təmsilçisi mayın 23-də Almaniya kubokunun finalında “Ştutqart”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti