Frankfurt “Ayntraxt”ı baş məşqçi Albert Riera ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Sportinfo.az xəbər verir ki, klubun yaydığı bəyanatda ispaniyalı mütəxəssislə yanaşı, onun köməkçilərinin də komandadan ayrıldığı bildirilib:
“Gələcək həyatınızda həm şəxsi, həm də peşəkar karyeranızda uğurlar arzulayırıq!”
Riera Frankfurt təmsilçisini bu ilin yanvarında çalışdırmağa başlamışdı. Komanda hazırda Almaniya Bundesliqasında 32 turdan sonra topladığı 43 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
İspaniyalı mütəxəssis daha əvvəl Sloveniya “Çelye”sini çalışdırıb və komandanı Konfrans Liqasının pley-off mərhələsinə çıxarıb.

