Bazar dəyərindən daha yüksək məbləğ istəsə də... Razılığa gəlirlər

13 May 15:20 Almaniya 1 110
Bazar dəyərindən daha yüksək məbləğ istəsə də... Razılığa gəlirlər

“Bayern” “Nyukasl”ın vingeri Entoni Qordonla razılığa yaxınlaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu artıq Münhen təmsilçisinə keçidə razılıq vermək üzrədir.

Klubun müşahidə şurası da idman şöbəsinin rəhbəri Maks Eberlin bu transfer üzərində apardığı işi tam dəstəkləyir.

Bununla belə, keçidin baş tutması üçün “Nyukasl”ın tələb etdiyi məbləği azaltmalı olacağı bildirilir. “Sağsağanlar” futbolçunun bazar dəyərindən daha yüksək məbləğ istəyir.

İngiltərəli oyunçunun “Nyukasl”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM