Komandadan ayrılması gündəmə gəldi - Nədən narazıdır?

13 May 01:30 Almaniya 951
Komandadan ayrılması gündəmə gəldi - Nədən narazıdır?

“Borussiya”nın (Dortmund) hücumçusu Seru Qirassi komandadan ayrılma ehtimalı ilə gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı forvard hazırda tam narazı olmasa da, komandanın oyun üslubu onu qane etmir.

Futbolçunun baş məşqçi Niko Kovaçla münasibətləri yaxşıdır, ancaq oyun sistemindən razı deyil. Onun müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi var və bu, müəyyən klublar tərəfindən aktivləşdirilə bilər.

Söhbət “Real”, “Barselona”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Arsenal” kimi top-klublardan gedir.

Bundan başqa, “Milan”, “Tottenhem” və “Fənərbaxça” da qvineyalı oyunçu ilə maraqlanır, ancaq hələlik rəsmi təklif göndərilməyib.

Qirassi cari mövsümdə Bundesliqada 32 oyunda iştirak edib və 16 qol vuraraq, yüksək performans göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM