“Bayern”in idarə heyətinin üzvü Uli Höness komandanın müdafiəçisi Konrad Laymerlə bağlı açıqlama verib.
Sportinfo.az DAZN-ə istinadən xəbər verir ki, klub rəsmisi, avstriyalı futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirsə də, maliyyə məsələlərində sərhədlərin olduğunu vurğulayıb:
“Laymer çox dəyərli oyunçudur, amma o, nə Dieqo Maradona, nə də Harri Keyn səviyyəsindədir. Belə futbolçular başa düşməlidir ki, limitlər var – hətta yaxşı maaş alsalar belə”.
Laymer 2023-cü ildən “Bayern”in formasını geyinir. 28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə verib.
Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

