12-15 milyon avro maaş tələb edən müdafiəçini sata bilər

21:40 Almaniya 94
12-15 milyon avro maaş tələb edən müdafiəçini sata bilər

“Bayern”in müdafiəçisi Konrad Laymer bu yay komandadan ayrıla bilər.

Avstriyalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Münhen təmsilçisi sözləşmənin müddətini uzatmağa qarşı olmasa da, oyunçunun illik 12-15 milyon avro civarında maaş tələblərini qarşılamaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Klub rəhbərliyi qarşıdakı transfer pəncərəsində Laymeri satmağa hazırdır. Həmçinin, onun növbəti mövsümün sonunda azad agent kimi ayrılmasına da icazə verilə biləcəyi istisna edilmir.

28 yaşlı futbolçu “Bayern”ə 2023-cü ildə “Leyptsiq”dən transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq, 3 qol vurub və 12 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti