“Real”ın və Almaniya millisinin sabiq oyunçusu Toni Kroos futbolçu karyerasını bərpa etməyi düşünmədiyini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Təqaüdə çıxdıqdan sonra geri qayıtmaq istəyirdim? Xeyr. Karyeramı planlaşdırdığım kimi başa vurdum. Həyatımın bu fəsli başa çatdı”.
Kroos 2024-cü il Avropa çempionatından sonra karyerasını bitirdiyini açıqlayıb. O, 2014-cü ildən 2024-cü ilə qədər “Real”da oynayıb.
Almaniyalı sabiq futbolçu Madrid klubu ilə 4 dəfə İspaniya La Liqasını, 5 dəfə UEFA Çempionlar Liqasını qazanıb.

