Baş məşqçinin atası parlamentə klubun şərfi ilə gəldi - FOTOLAR

15:20 Almaniya 97
Baş məşqçinin atası parlamentə klubun şərfi ilə gəldi - FOTOLAR

“Bavariya”nın baş məşqçisi Vinsent Kompaninin atası Pyer Kompani parlamentə Münxen təmsilçsinin şərfi ilə gəlib.

Sportinfo.az xəbər verir ki, Brüssel parlamentinin üzvü olan Pyer Kompani bu gün keçirilən iclasa oğlunun rəhbərlik etdiyi Almaniya klubunun simvolikası ilə qatılıb.

Siyasi fəaliyyəti ilə yanaşı, oğlunun karyerasını addım-addım izləməsi ilə tanınan Pyer Kompaninin bu görüntüləri sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Vinsent Kompaninin rəhbərlik etdiyi “Bavariya” ÇL-nin 1/4 finalında “Real Madrid”i məğlub edərək yarımfinala vəsiqə qazanmışdı.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti