İcarədə olan almaniyalı hücumçu ilə bağlı qərar verdi - ALMIRLAR?

14 Aprel 22:00 Almaniya 127
İcarədə olan almaniyalı hücumçu ilə bağlı qərar verdi - ALMIRLAR?

“Vest Hem”dən icarə əsasında “Milan”da çıxış edən Niklas Fullkruq mövsümün sonunda “qırmızı-qaralar”ı tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi almaniyalı hücumçunun müqaviləsində yer alan 5 milyon avroluq satınalma bəndindən istifadə etməyəcək.

Nəticədə, o, “Vest Hem”ə qayıdacaq, ancaq onun burada da uzun müddət qalması gözlənilmir.

Bildirilir ki, Fullkruq İngiltərəyə dönüşündən sonra yenidən başqa kluba keçəcək.

33 yaşlı futbolçunun “Vest Hem”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, bu ilin yanvarında “Milan”a qoşulmuşdu.

Fullkruq cari mövsümdə A Seriyasında 16 oyunda iştirak edib və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!