"Bavariya" Bundesliqada bir mövsümdə vurulan qollar üzrə rekordu yeniləyib.
Sportinfo.az xəbər verir ki, Vinsent Kompaninin komandası 29-cu turda "Sankt-Pauli" üzərində 5:0 hesablı qələbə qazanaraq, 101-ci, 102-ci, 103-cü, 104-cü və 105-ci qollarını vurub.
Beləliklə, Münhen klubu özünə məxsus olan əvvəlki rekordu geridə qoyub. Həmin rekord 1971/72 mövsümündən qalırdı və o zaman “Bavariya” 101 qol vurmuşdu.
"Sankt-Pauli" - "Bavariya" 0:5
Qollar: J.Musiala, 9, L.Qoretska, 53, M.Olise, 55, N.Cekson, 65, R.Querreyro, 88

