Hazırda “Jirona”da icarə əsasında çıxış edən “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsi ilə bağlı suala cavab verib.
Almaniyalı futbolçu yanvar ayının sonunda bud əzələsindən aldığı zədə səbəbindən sıradan çıxıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü meydana qayıtmağa tələsmədiyini söyləyib:
“Dünya çempionatına getmək istəsəm də, sağlamlığım ən vacib məsələ olduğu üçün geri dönüşə tələsməyəcəm. Bir çox amil var və verilən hansısa bir qərara hörmətlə yanaşacam.
Hazırda tamamilə sakitəm və özümü yaxşı hiss edirəm. Mövsümün sonunda işlərin necə inkişaf edəcəyini görəcəyik.
Bilirəm ki, 2026-cı il dünya çempionatı üçün heyətə daxil olmaq çətin olacaq”.
Qolkiperin bu ay meydana qayıtması gözlənilir.

