“Bayern”in vingeri Luis Dias hazırkı formasından və komandadakı vəziyyətindən danışıb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Münhen klubuna keçidinin tamamilə doğru qərar olduğunu bildirib:
“Bayern”ə keçmək qərarım düzgün idi. Mən həqiqətən xoşbəxtəm və hər oyundan zövq alıram.
Özümü əla hiss edirəm, yaxşı formadayam və bu da komandaya kömək etməyə hazır olduğum deməkdir. Biz çox birləşmiş komandayıq”.
Dias “Bayern”ə ötən yay “Liverpul”dan transfer olunub. O, indiyədək 40 oyunda meydana çıxıb, 23 qol vurub və 18 məhsuldar ötürmə verib.

